Türkiyədə “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutub.
Terefsiz.az xəbər verir ki, yarışmada ölkəmizi model Nuru Əhmədov təmsil edib. O, müsabiqəsinin qalibi seçilib. Belə ki, yarışmaya 40 müxtəlif ölkədən modellər qatılıb. Müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.
Qeyd edək ki, Nuru Əhmədov bundan öncəki il də yarışmaya qatılmışdı. Sənətçi indiyədək bir neçə klipdə və videoçarxda yer alıb.
Qeyd edək ki, sözügedən yarışmada Azərbaycan ilk dəfə 12 il əvvəl qalib olub. Həmin zamanlar model Rüstəm Cəbrayılov “Best Model of The World” seçilib.
istinad:axsam.az