Azərbaycanlıya beynəlxalq təşkilatda vəzifə verildi

0
155
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.
MOK-dan Terefsiz.az-a verilən məlumata görə, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.
Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.