“Azərsu”: “Bakıda magistral su kəmərindəki qəza aradan qaldırılıb”

0
83

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

“Terefsiz.az” xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır:

“Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub”.

terefsiz.az