Azad edilmiş ərazilərə təkrar keçən 20 nəfər minaya düşərək ölüb

0
118

Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub.

Terefsiz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un “Hüququnuz var” verilişində bildirib ki, azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən 1 400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində inzibati tənbeh görülüb.

“Onların içərisində 20-dən artıq şəxs var ki, müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib. Daha sonra həmin şəxslər islah olunmayıb və azad edilmiş ərazilərə qanunsuz yollarla keçib və orada mina partlayışı nəticəsində ölüb”, – DİN rəsmisi deyib.