Azərbaycan BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında 50 ölkə sırasında yer alıb

0
76

Azərbaycan BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb.

“Terefsiz.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə tam sadiqdir: “Bu məqsədlə biz 2030-cu ilə qədər olan yeni inkişaf strategiyasını işə saldıq; bu strategiya öz növbəsində 2030-cu il gündəliyinə uyğunlaşdırılıb. Son bir ildə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından daha da irəliləyib və BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb. Azərbaycan ECOSOC-un himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda üç Könüllü Milli İcmal təqdim edən 12 ölkə arasındadır”.

“Yaşıl və dairəvi iqtisadiyyata keçid etmək üçün iqtisadiyyatımızın yenidən qurulmasında transformasiya xarakterli dəyişiklikləri davam etdiririk. Təmiz ətraf mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet sahəsindən biri kimi müəyyən edilmişdir. İqtisadiyyatımızda neft-qaz sektorunun mühüm rol oynamasına baxmayaraq, bu keçid inkişaf gündəmimizdə yüksək yer tutur. Məhz bu xüsusda 2022-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru 11 faiz artaraq ÜDM-in 7,2 faiz artmasına təkan verib”, – nazir vurğulayıb.

Hazırda Azərbaycan beynəlxalq bazarlara etibarlı karbohidrogen ixracatçısı olmaqla yanaşı, davamlı enerjini inkişaf gündəliyinə tədricən daxil edən nadir ölkələrdən biridir: “Bununla əlaqədar olaraq biz, o cümlədən alternativ və bərpa olunan enerjinin yeni elementlərini tətbiq etməklə profilimizi artıracağıq. Bu yaxınlarda imzalanmış Aİ-Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandum Azərbaycanın qlobal enerji təhlükəsizliyinə konstruktiv töhfəsinin yaxşı nümunəsidir”.

terefsiz.az