“Azərbaycan Dəmir Yolları” qeyri-neft ixracatçılarının ilk 10-luğuna düşüb

0
122

Bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qeyri-neft sektoru üzrə dövlət ixracatçılarının ilk 10-luğuna düşüb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayında bildirilir.

Hesabata görə, dəmir yolu təsərrüfatı siyahıda “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Tütün” MMC-nin yerini tutub.

Hesabat dövründə dövlət ixracatçılarına liderliyi yenə də “Azərenerji” ASC edib. Növbəti yerlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC və “Şəki Şərab” MMC qərarlaşıb.

terefsiz.az