“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

0
204

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.

terefsiz.az