“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik”

0
108

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb.

“Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”, – Aİ rəsmisi deyib.

 

TEREFSİZ.AZ