Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

0
91

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.

terefsiz.az