CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.
Terefsiz.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,02 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,39 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,86 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel çoxdur.