Azərbaycan-Rusiya sərhədində keçid məntəqəsinin buraxılış gücü 3 dəfə artırılacaq

0
165

Azərbaycan-Rusiya sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar keçid məntəqəsinin buraxılış qabiliyyəti 3 dəfə artırılacaq.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yaraq-Qazmalar məntəqəsinin yenidən qurulması 2022-ci ilin sonuna kimi onun keçid qabiliyyətini demək olar ki, üç dəfə artırmağa imkan verəcək.

Keçid məntəqəsinin yenidən qurulması sutkada 500 nəqliyyat vasitəsinin ötürmə qabiliyyəti saxlanılmaqla iki birləşmiş texnoloji mərhələdə aparılır. İşlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra, layihəyə əsasən, məntəqənin keçid qabiliyyəti sutkada 1 400 nəqliyyat vasitəsinə və 4 000 nəfərə qədər artacaq.

Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır.

TEREFSİZ.AZ