Azərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.
Terefsiz.az xəbər verir ki, Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.
Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.
Hadisənin terror aktı olduğu ehtimal edilir.
Terefsiz.az