Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutub.

0
186

Terefsiz.az saytı xəbər verir ki, 16 sentyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutub.

XİN-nin mətbuat xidmətindən  verilən məlumata görə, telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilib, əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar.

İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Söhbət zamanı, həmçinin, Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

İstinad: report.az

Terefsiz.az