Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 273,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Terefsiz.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
Son 1 ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 11% artaraq 3 307,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1% artaraq 2 966,5 milyon manata çatıb.
Terefsiz.az