Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
“Terefsiz.az”ın xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanuna yeni – 36-1.2.5-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən,uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.