Azərbaycanda dərslər yenidən təxirə salına bilər – RƏSMİ

0
189

“Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

Terefsiz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

“Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”.

İlhamə Əbülfət

istinad:oxu.az