Azərbaycanda həkimlərə “üz sipəri” paylanıldı

0
217
VAN'DA , EGITIM VE ARASTIRMA HASTANESI'NDE, YENI TIP KORONAVIRUSLE (KOVID-19) MUCADELE EDEN SAGLIK CALISANLARI ICIN DOKTORLAR TARAFINDAN GELISTIRILEN 3D YAZICI ILE SIPERLIKLI MASKE URETIMINE BASLANDI. (FOTO:BEHCET DALMAZ/VAN-DHA)

“STEAM Azərbaycan” layihəsi COVID-19 pandemiyasından qorunmaq üçün “üz sipəri”, eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu cihazlar tibbi heyətin istifadəsi üçün nəzərdə tutulub.

Sözügedən proses çərçivəsində 1 500-dən çox “üz sipəri” istehsal olunaraq, tibb işçilərinə paylanılıb.

İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. “Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Qeyd edək ki, “STEAM Azərbaycan” layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir və əsas məqsədi məktəblilər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.