Azərbaycanda detektiv yazarın kitabının təqdimatı keçirildi

0
544

Azərbaycanda detektiv yazan xanımın yazıçının kitab təqdimatı keçirildi
Bu haqqda Terefsiz.az xəbər verir ki, yazıçı-detektiv Nazlı Çələbi 9 noyabr, “Xəyanətin dadı” adlı, sayca altıncı kitabının təqdimat və imza gününü keçirdib.
Çələbi Dilbər Abas qızı 4 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Bioenergetika və Parapsixologiya sahəsi istiqamətində təhsilini Moskva şəhərində davam etdirib. Zagafgaziya və Orta Asiya Bölgəsi üzrə Beynəlxalq dərəcəli, ən yaxşı həkim – məruzəçi adına laiq görülüb.
Nazlı Çələbi hələ gənc yaşlarından özündə ədəbi istedadı tapıb, lakin detektiv yazmağa 2018-ci ildə mart ayında başlayıb.  İyul ayına qədər 5 əsəri bitirib – “Sevginin sehri” , “Ağ xalatlı ölum mələyi”, “Qanlı düşərgə”, “888”, “İblisin məşuqəsi”. Nazlı Çələbi həmçinin bədii qiraətçi kimi olaraq da tanınır.
“Xəyanətin dadı” yazıçının bütün əsərləri kimi özünə məxsus yazı üslubu ilə, yazıçının xüsusi dəsti xətti ilə yazılıb. Əsərdə müəmmalı qətl hadisələrindən əlavə, dostluqda v sevgidə baş verən xəyanət və onun ağır fsadlarından bəhs edilir.
Qeyd edək ki, təqdimatda çox saylı ziyalılar və əbədiyyatçılar yığışmışdı
Terefsiz.az saytı adından Nazlı xanıma uğurlar arzu edirik.
Rüfət Yaqubov