Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində ölkəmizdə daha bir qadağa tətbiq olunur.
Terefsiz.az-ın əldə etdiyi məlumata görə, boşanmış tərəflərin övladları ilə görüşlərinə məhdudiyyət qoyulub.
Belə ki, uşaqların virusa yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə görüşlərin onlayn qaydada keçirilməsi tövsiyə edilir. Bununla bağlı icra və probasiya şöbələrinə müvafiq tapşırıq verilib.