Gəncə şəhərində maraqlı hadisə baş verib.
Hüquq-mühafizə orqanlarından Terefsiz.az-a verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.
Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar.
O iddia edib ki, tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlanıb.
Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət