Azərbaycanda əmək yarmarkalarında işə düzələnlərin sayı 2 dəfə artacaq

0
69

Azərbaycanda 2023-cü ildə əmək yarmarkalarına 17 min boş iş yerinin çıxarılacağı və 1 000 nəfərin işlə təmin ediləcəyi gözlənilir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2023-cü il büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 92,1 % və 2 dəfə çoxdur.

Xatırladaq ki, bu ilin I yarısında Azərbaycanda əmək yarmarkalarına 4 430 boş iş yeri çıxarılıb və 232 nəfər işlə təmin edilib. Ötən il isə yarmarkalarda 1 274 boş iş yeri vasitəsi ilə 179 nəfər iş tapıb.

terefsiz.az