Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,9 milyon manat xalis zərərlə başa vurub.
Terefsiz.az saytı bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 1,8 milyon manat, əməliyyat xərcləri 0,8 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat təşkil edib.
Terefsiz.az