Azərbaycanın Əməkdar rəssamı, YUĞ Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) vəfat edib.
Bu barədə xəbəri YUĞ Teatrı yayıb.
Qeyd edək ki, sözügedən teatrın banisi Vaqif İbrahimoğlunun qardaşı, rəssam Rəşid Şerif yarandığı gündən YUĞ-da çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrdə səhnəyə qoyulmuş tamaşalara bədii tərtibat verib.
YUĞ Teatrının kollektivi Rəşid Şerifin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
istinad:oxu.az