Azərbaycanlı fotoqrafın işi beynəlxalq müsabiqədə…

0
272

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alan birinci kurs tələbəsi və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sadıq Əliverdibəyli “35 awards” tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.

Sadıq Əliverdibəyli bildirilib ki, fotomüsabiqədə  “Quatantine (COVID-19)” nominasiyası üzrə 120 ölkədən qatılan 3 min 289 iştirakçı arasından fotoqraf olaraq TOP 15-də yer alıb. Eyni zamanda, onun müəllifi olduğu “Yuyunan Bakı” (Washing Baku) fotosu isə müsabiqəyə təqdim edilən 7 min 828 foto içərisindən TOP 19-da yer alıb.