Azərbaycanlı oğlan futbol meydançasında öldü – Meyiti vətənə gətiriləcək

0
283

Qazaxıstanın Kostanay vilayətinin uşaq xəstəxanasında 16 yaşlı azərbaycanlı Namiq Şirinov vəfat edib.

Terefsiz.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i xəbər verib.

Belə ki, bu il iyunun 28-də məhəllədəki futbol meydançasında oynayarkən qapı uşağın üstünə düşüb. Həkimlər Namiq Şirinova qaraciyərin yırtılması və güclü retroperitoneal hematoma diaqnozu qoyublar.

Qeyd edək ki, gənc dünyasını dəyişdiyindən onun bu gün paytaxt Nur-Sultandakı klinikalardan birinə nəql edilməsi baş tutmayıb.

N.Şirinovun valideynləri övladlarını Azərbaycanda dəfn etmək qərarına gəliblər. Akimat (icra hakimiyyəti – red.) mərhumun vətənə göndərilməsi üçün bütün xərcləri üzərinə götürüb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin “Səhlənkarlıq” maddəsi ilə cinayət işi başlanılıb. Məhkəməyə qədər istintaq davam etdiriləcək.