“Azərişıq”dan elektrik enerjisinin kəsilməsi elanları ilə bağlı AÇIQLAMA

0
123

“Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb”.

Bunu Terefsiz.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sosial şəbəkələrdə qurum adından abonentlərə ünvanlanan müraciətə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir:

“Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində – “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.

Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır”.