BƏƏ kosmik sektorun inkişafına 800 milyon dollardan çox vəsait ayırır

0
3081

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları kosmik sektorun inkişafına dəstək üçün 3 milyard dirhəm (təxminən 817 milyon ABŞ dolları – Red) kapitala malik fond yaradıb.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bəyan edib.

BƏƏ rəhbəri həmçinin müasir “Sirb” radar peyklərinin hazırlanması üzrə yeni milli proqramın icrasına başlanıldığını elan edib.

O qeyd edib ki, ölkə bu həyati sektorun inkişafı üçün innovativ həllərin tapılması və öz kadrlarının hazırlanması sahəsində fəaliyyətini davam etdirəcək.

terefsiz.az