Bəxtiyar Hacıyevin barəsində 50 günlük həbs qərarı verilib

0
74

Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, bu barədə daha öncə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən belə qeyd edilmişdi:

Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.

terefsiz.az