Bəzi ölkələrdə uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb

0
157

Dünyanın bəzi ölkələrində uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

Bu barədə “Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi“-nin (ECDC) məlumatında bildirilir.

Kəskin hepatit virusuna yoluxma halları əsasən AvropaŞimali Amerikada uşaqlarda müəyyən edilib.

Təkcə Böyük Britaniyada 111, Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniyada təxminən 55 belə hal qeydə alınıb.

Xəstəliyin mənşəyi məlum olmadığı üçün ECDC effektiv nəzarət tədbirlərini müəyyən edə bilmir.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

 

TEREFSIZ.AZ