BƏƏ və İsrail hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya ediblər.
“Terefsiz.az” xəbər verir ki, bu barədə BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyoudi tviterdə bildirib.
Saziş malların 96%-i üçün tarifləri ləğv edəcək və ya azaldacaq.
Nazirin sözlərinə görə, sənəd sənaye və xidmət sektoruna əhəmiyyətli təkan verəcək.