Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

0
667

Bəhaullah, akademik Kardaşyev və Kosmik Sivilizasiyalar

Bernard Fontenelle (1657-1757) yazır: “Göylər ulduzların yapışdığı alçaq tavan olanda
Kainatın dar olduğunu düşündüm, havanın
azlığından az qala boğulurdum. İndi səma daha
uca və genişdi. Daha sərbəst nəfəs almağa
başlayıram və düşünürəm ki, indi Kainat
əvvəlkindən müqayisəsiz dərəcədə böyükdür”. S.Hokinq Kainatı “məkanda sərhədsiz, zamanda başlanğıcı və sonu olmayan”
adlandırdı. Kainat boş məkan deyil. Kainatın bizə görünən hissəsində iki trilyondan çox
qallaktika var. Qallaktikalardakı ulduzların sayını ifadə edəcək rəqəm yoxdur (təkcə
bizim Qalaktikada –“Süd Yolunda” 300 milyard ulduz var). İçində yaşadığımız dünyanın
böyüklüyü Xaliqin Əzəmətindən xəbər verir. Əbdül-Bəha yazır:

“…Nəhəng günəşlərin əzəmətli ardıcıllığına baxın. Bu işıqlı cisimlər saysız-hesabsızdır.
Günəş sistemimizin arxasında anlaşılmaz ulduz sistemləri və bu ulduz sistemlərinin
üstündə Süd Yolunun uzanan qolları durur. ..Bir sözlə, Uca Yaradanın xəlqetməsi insan
ağlının imkanları xaricindədir…”
K.Saqan deyir ki, “Günəş tipli ulduzların ətrafında həmişə planetlər var”. Bu tip ulduzlar
bizim Qallaktikada milyonlarladır. Başqa Qallaktikalardakıları da bura əlavə etsək, bu
rəqəm milyardları ötəcək. Bəhaullah yazır:

“Hər sabit ulduzun öz planetləri və hər bir planetin öz canlıları var ki, heç kim onu ​saya
bilməz”.

Şövqi Əfəndi bu sitata aydınlıq gətirdi: “Bəhaullahın, hər planetdə mövcud olmasını iddia etdiyi canlılar yerdəki insanlara
bənzər və ya fərqli ola bilər. Alimlər nə vaxtsa bu canlıların mahiyyətini öyrənməli
olacaqlar ».

Beləliklə, Kainatda sivilizasiyaların ortaya çıxması nadir hadisə deyil. F.Dreykin məşhur
düsturuna inansaq, təkcə bizim Qallaktikada nə az, nə çox 20 mindən çox inkişaf etmiş
sivilizasiya olmalıdır.

R.Hanson, ulduzlararası sivilizasiyanın ortaya çıxmasından ötrü bir sıra “təkamül
addımlarının” vacibliyini göstərdi: ulduzun ətrafında həyat üçün şəraitin olduğu
planetlərlərin olması; planetdə nüvəsiz (prokariot) və nüvəli təkhüceyrəli (eukariot)
canlıların, arxasınca cinsi çoxalmanın və çox hüceyrəli orqanizmlərin yaranması; inkişaf
etmiş şüura sahib varlıqların və sivilizasiyaların ortaya çıxması; sivilizasiyaların kainata
yayılması. Əgər bu şərtlər Günəş tipli ulduzların milyonda birində müşahidə olunsa belə,
Kainatın bizə görünən hissəsində 100 minlərlə sivilizasiya mövcud olmalıdır.
N.Kardaşyev və H.Kauts kosmik sivilizasiyaları inkişaf səviyyəsinə görə təsnifləşdirib altı
tipini ayırdılar: əgər I tip silizasiyalar (məsələn, bizim Yer Sivilizasiyamız) öz planetindən
kənara təzə-təzə çıxırsa, VI tip sivilizasiyalar kainatın enerjisindən istifadə etmək, onun  fizikasını dəyişdirmək və hətta əbədi mövcud olmaq üçün doğma kainatın istilik ölümünün qarşısını almaq kimi texnoloji qüdrətə malikdirlər.
Tədqiqatçıların nəzərincə, inkişafın bu səviyyəsində yəqin ki, Kosmik sivilizasiyaların Federasiyası yaranmalıdır. Güman olunur ki, bu səviyyəyə çatmaqdan ötrü
sivilizasiyalara 5-50 milyon il vaxt tələb olunur. Yaşı 4000 ildən bir qədər çox olan bizim Sivilizasiya bu “qoca və qüdrətli” sivilizasiyaların yanında “körpə uşaq” kimi görünür.
Bu faktları və rəqəmləri ortaya qoyanda amerikalı alim E.Fermi elmi ictimaiyyətə ritorik sualla müraciət etdi:

“Bəs onda onlar (bu şüurlu varlıqlar) hardadır? Niyə görə başqa
Sivilizasiyaların zondlarını, kosmik gəmi və ya radio ötürmələrini görmürük?”.

E.Ferminin sualını cavablandıranlar çox idi: sivilizasiyalar kainata ayaq basmamış
kütləvi qırğın silahları əldə edib, özlərini məhv edirlər; qəfil ortaya çıxan “qara dəliklər”,
astroidlər, pandemiyalar, Günəşlərinin sönməsi və s. onları məhv edir və kosmik
sivilizasiyaya çevrilməyə imkan vermir; Kainatda sivilizasiyalar arasında əlaqənin
qarşısını alan hansısa mistik “filter” (R.Hanson nəzəriyyəsi) mövcuddur; ola bilsin ki, onlar elektromaqnit dalğalarından deyil, bizə hələ məlum olmayan başqa rabitə vasitələrindən, məsələn, lazer və ya neytrinlərdən istifadə edir və bu səbəbdən də biz onları eşitmirik və s. F.Daysona görə inkişaf etmiş sivilizasiyalar öz Günəşlərinin
enerjisindən maksimum istifadə etmək məqsədilə onun ətrafında sfera inşa edirlər ki, bu
da onları görünməz edib.
Lakin əksər tədqiqatçılarn nəzərincə,yaşı 100 min və ya milyon illərlə ölçülən çox
yüksək inkişaf etmiş sivilizasiyalar, yaşı 4 mindən bir qədər çox olan bizim Sivilizasiya
ilə əlaqə yaratmaq marağında deyillər, sadəcə müşahidə etməklə kifayətlənirlər (C. Boll
“Zoopark hipotezi”) və biz bu görüşə elmi, texnoloji, ola bilsin ki, hətta mənəvi və
psixoloji hazır olanda onlar bizimlə ünsiyyət quracaqlar.
İndi də bizim Yerdəki Sivilizasiyamızın kosmik prespektivləri haqqında danışaq.
Şübhəsiz ki, Allah insan cəmiyyətini də kosmik varlıq kimi yaradıb. Yer kürəsini “Bəşəriyyətin beşiyi” adlandıran akademik K.Sialkovskiy yanılmırdı: zamanı yetişəndə
körpə öz beşiyini tərk etdiyi kimi, Bəşəriyyət də əvvəl–axır özünün kamillik dövrünə
qədəm qoymalı, Yer kürəsindən kənara çıxıb Kainata ayaq basmalıdır.
Akademik O.Q.Qazenko hələ keçən əsrin 80-ci illərində yazırdı: “Kainatın mənimsənilməsi Bəşəriyyət qarşısında duran ən ciddi və ən vacib məsələdir.
Yalnız Kainatı mənimsəməklə Bəşəriyyəti məhv olmaq təhlükəsindən xilas edə bilərik.
Əgər fəaliyyətsiz dayansaq fəlakət əvvəl-axır bizi haqlayacaq. Əvvəla, ona görə ki, beş
milyard ildən sonra həyatın mənbəyi olan Günəş öz yanacağını sərf edib qurtardıqdan
sonra soyuyacaq. Bundan çox-çox əvvəl isə Yer kürəsində təbii sərvətlər tükənəcək.
Fəlakət başımızın üstünü kəsdirməmiş, Bəşəriyyət xırda qruplara bölünüb
Qallaktikamızın həyat üçün əlverişli yerlərinə səpələnməlidir”.
Aviasiya dövrünün hələ başlamadığı bir vaxtda, Əbdül-Bəha kosmosun planlı şəkildə
mənimsənilməsinin zəruriliyini elan etdi. 1913-cü il fevralın 19-da Parisdə çıxış edərək,
digər planetlərə çatmaq üçün səyləri yönəltməyə çağırdı. O bildirir ki, belə bir layihə:
“…Elm və texnika sahəsindəki artıq qazanılan uğurların təbii davamı olardı…”

Məktublarından birində O, kosmik uçuşlardan bəhs edirdi: “…. istər yerdən göyə dəmir
yolu çəkmək, istərsə də yer kürəsindən günəşə yüksələn ildırım sürəti ilə səyahət
olsun….”
Deyilənlərdən belə məlum olur ki, Günəş tipli ulduzların ətrafındakı planetlərdə əlverişli
şərtlər daxilində həyatın, şüurlu varlıqların və nəhayətdə sivilizasiyaların ortaya çıxması
və sonda əbədiyaşar Kosmik Sivilizasiyalara çevrilməsi Allahın Xilqət üçün hazırladığı
Böyük İlahi Planın bir hissəsidir: “…Yerdə və göydə olanları sənin üçün yaratdım…”
kəlamının bir izahı da bu ola bilər. Beləliklə, “ölümsüzlük” qazanmaq istəyən istənilən
Sivilizasiyanın yeganə çıxış yolu “beşiyi” doğma planeti tərk edib, Kaintın əngəllikərinə
baş vurmaqdır. Bəhaullah yazır:
“Ey insan oğlu! Göyümə yüksəl ki, vüsalımın sevincinə qovuşasan…… “
Fantastik əsərlərdə başqa sivilizasiyaların nümayənlərini çox vaxt qəddar təcavüzkar
kimi qələmə verirlər. Milyon illik inkişaf yolu keçmiş və Kainatda ulduzları “yandırıb-
söndürmək”, yeni planetlər yaratmaq, işıq surətindən bötük surətlə hərəkət etməyi
öyrənmiş şüurlu varlıqlar qəddarlıq, təcavüzkarlıq, eqoizm, müstəsnalıq kimi mənfi
keyfiyyətlərə sahib ola bilməz. Allahın Mərhəmət, Sevgi və Şəfəq qanunu Ümümkainat
qanunudur. Allahın “oxşarında və bənzərində yaradılmış” hər bir şüurlu varlıq nə vaxtsa
bu kefiyyətləri fərdlərdə və sosiumlarda üzə çıxarırlar. Kainata ayaq basmış
sivilizasiyalar bir əlində elmi-texniki vasitələr, digər əlində İlahi məziyyətlər tutmalıdırlar
ki, “Göylərin qapısı üzlərinə açılsın”. Bəhaullah yazır:
Ey ruh oğlu! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əzəli,
əbədi, daimi və qədim bir səltənətə sahib olasan….Sonsuz kainat boyunca qaçsan,
göylərin ənginliklərində dolaşsan belə, Üzümüz qarşısında təzim etməyincə, rahatlıq
tapa bilməzsən.
Görən saysız-hesabsız problemlər içində çapalayan bəşəriyyət Kosmik Sivilizasiyaya
çevrilmək şansına sahibdirmi? Böhranlar, yoxsulluq və xəstəliklər, müharibə və
münaqişələr və ekoloji problemlərin “yükü” ilə biz hansı səviyyəyə kimi inkişaf edə
bilərik?
Fikirimizcə, dünyanın indiki nizamı ən yaxşı halda Ayın və yaxın planetlərin
resurslarından istifadə etməyə imkan verəcək. Böyük Kainata gedən yol qlobal
iqtisadiyyatda və idarəetmədə, elm və texnologiyalarda, ən əsası da mənəviyyatda
köklü dəyişikliklərin edilməsini tələb edir; öncə planetimizin sakinləri dini, milli, irqi
sərhədləri dağıdıb, Yer kürəsini “Bir Ümumi Vətənə” çevirməli və Vahid Dünya
Sivilizasiyasında birləşməlidirlər. Sonra mövcud iqtisadi, texniki, maliyyə və intelektual
resusları səfərbər edib, qlobal problemləri həll etməli, və bundan sonra Böyük Kainatın
“qapısını döyməyə” cəhd etməlidirlər.
İki yoldan birini seçməyə məhkumuq: ya planetimizin sərvətlərini tükədib, bu sərvətlər
uğrunda müharibələrdə bir-birimizi məhv etməliyik, ya da əl-ələ verib Böyük Kainatda öz
xilasımızı axtarmalıyıq. Bəhaullah yazır:
“Nə zamana qədər bəşər öz azğınlığında inad edəcək?… Nə qədər xaos və nizamsızlıq
insanlar arasında hökm sürəcək? Nə qədər bu ixtilaf cəmiyyəti silkələyəcək?…

..Bəşəriyyət hər zaman inkişaf edən Sivilizasiyanı irliliətmək üçün yaradılmışdır…Birliyin

nuru o qədər güclüdür ki, bütün kainatı işıqlandıra bilər.”

Azər Cəfərov

Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru

Bakı Dövlət Universitetinin dosenti