2020-ci ilin yay aylarında Sevil Atakişiyeva ilə qısa müddətdə ünsiyyətdə olan və ona yardım etməyə çalışan psixopedaqoq, şair Bənövşə Mahmudqızı 24.02.2021 – ci il tarixində şahid qismində Xətai rayonu Prokurorluğuna dəvət edilmişdir. Əlində olan materialları izahatla birgə Prokurorluq əməkdaşına təqdim etmişdir.
Qeyd edək ki, Sevil Atakişiyeva 20 yaşında gənc bir xanım idi. O, özünü Xətai rayonu ərazisində yerləşən yüksək mərtəbəli binanın 20ci mərtəbəsindən ataraq, intihar etmişdir.
Xətai rayonu Prokurorluğunda isə bu hadisə ilə bağlı olaraq, intihar həddinə çatdırılma maddəsi ilə iş açılmışdır.
Həmçinin, Prokurorluqdan bildirilmişdir ki, Bənövşə Mahmudqızı təqdim etdiyi materiallara görə təzyiq və ya təhqirlərə məruz qalarsa, polisə müraciət edə bilər.
Terefsiz.az saytının da rəhbəri olan Bənövşə xanım hələki ona qarşı yönələn təzyiqlərə səbr nümayiş etdirir. Lakin o sosial şəbəkə vasitəsilə ilə öz xəbərdarlığını ictimaiyyətə çatdırmışdır.
Qeyd: İstintaq sirri olduğu üçün Bənövşə Mahmudqızı izahlı açıqlama verə bilmir.
TEREFSİZ.AZ