Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq

0
116

2020-ci ildə Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Terefsiz.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və sıx əməkdaşlığa başlanılıb.

“Birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkili gözlənilir.

Təbii ki, bütün məktəbləri birinci mərhələdə əhatə etməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək”.

Könül Cəfərli

istinad:oxu.az