Bağdadda etirazçılarla polis arasında toqquşmalar olub, xəsarət alanlar var.

0
192

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərlə polis arasında baş verən qarşıdurma zamanı azı 40 nəfər xəsarət alıb.

 

Terefsiz.az saytı “Xinhua”yə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindəki mənbə zərərçəkənlər arasında polis əməkdaşlarının olduğunu bildirb.

Toqquşma zamanı polis tərəfindən onlara daş və boş şüşələr atan etirazçılara qarşı işıq-səs qumbaralarından, su şırnaqlarından və bibər qazından istifadə olunub, nümayişçilər toplaşdıqları meydandan çıxarılıb. Avtomobil təkərləri yandıran nümayişçilər isə bəzi küçələri bağlayıblar. Bununla bağlı dövlət qurumlarının yerləşdiyi Yazıl Bölgədə təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, bu gün paytaxtda elektrik və içməli su təchizatı kimi təməl xidmətlərin aşağı səviyyəsinə, gənclərin işsizliyinə və korrupsiyaya qarşı etiraz nümayişləri keçirilib. Bənzər kütləvi etiraz aksiyaları Bəsrə, Nəcəf və digər iri şəhərlərdə də təşkil olunub.