Bağdadda silah anbarında baş vermiş partlayış zamanı xəsarət alanların sayı artıb.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 29 nəfər yaralanıb. Partlayış köhnə silah-sursatların utilizasiyası zamanı baş verib.
İraqın paytaxtı Bağdadda mərmi partlayışı zamanı 13 nəfər xəsarət alıb.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr bildirib.
Qeyd edilir ki, hadisə silah-sursat anbarında baş verib. Yaralılardan 7-i “əl-Yarmuk” xəstəxanasına yerləşdirilib. Daha 6 nəfər isə “əl-Mahmudiyyə” xəstəxanasına çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Xəsarət alanlardan bəziləri artıq xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, hadisə şəhərin cənub hissəsindəki silah-sursat anbarında baş verib.
Terefsiz.az