Bağdadın “yaşıl zona”sına raket hücumu olub.

0
200

İraqın paytaxtı Bağdad şəhərinin  “yaşıl zona”sına raket hücumu olub.

Terefsiz.az saytının məlumatına görə, bu barədə “Al Mayadeen” xəbər verib.

Bildirilib ki, hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə iki raket atılıb.

Ərazidə, o cümlədən, ABŞ səfirliyində həyəcan siqnalları işə düşüb.

İraq ordusu isə hücumla bağlı məlumat yayıb və bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Terefsiz.az