Bağırsaq xərçənginin yaranmasına təkan verən bakteriyalar aşkar edildi

0
122

Miçiqanın Roqel Universitetinin Onkoloji Mərkəzinin tədqiqatçıları (ABŞ) bağırsaq mikrobiomunda pozuntular və xərçəngin yaranması arasında əlaqəni öyrəniblər.

Tədqiqatın nəticələri “Medical Xpress” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə əsasən, təcrübə zamanı aydın olub ki, bağırsaqdakı bəzi bakteriya növləri müəyyən CD8 immun hüceyrələrini aktiv surətdə stimullaşdıra bilər.

Bu cür təsir orqanizmi xəstəliklərdən qorumaq üçün nəzərdə tutulan T-hüceyrələrinin zəifləməsinə gətirib çıxarır. Nəticədə, orqanizm onkoloji xəstəliklərə daha həssas olur. Bu nəzəriyyə siçanlar üzərində eksperimental olaraq sübut edilib.

Tədqiqat zamanı həm xərçəng şişinin inkişafına təkan verə, həm də onun yaranmasının qarşısını ala bilən doqquz müxtəlif bakteriya populyasiyası aşkar edilib.