“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində problem yaranıb

0
118

Azərbaycanda “Bakcell” və “Nar” operatorlarının şəbəkələrində problem yaranıb.

“Terefsiz.az” xəbər verir ki, telekommunikasiya xidmətləri göstərən şirkətlərin verdiyi məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır.

“Bakcell” şirkətindən  verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: “Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.

“Nar” şirkətindən  bildirilib ki, texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb: “Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik”.

terefsiz.az