“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində texniki nasazlıq aradan qaldırılıb

0
124

Bu gün axşam saatlarında “Bakcell” və “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə “Nar” və “Bakcell” şirkətləri  məlumat yayıb.

Şəbəkə xidmətlərimizdə yaranan müvəqqəti çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb. Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik“, – “Nar” şirkəti bildirib.

“Artıq abunəçilərimiz rahatlıqla “Bakcell” xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”, – “Bakcell ” şirkətindən bildirilib.

terefsiz.az