Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.
“Terefsiz.az” xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib: “Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləwşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.