Bu ilin yanvar-may aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 415,756 milyon manat təşkil edib.
“TEREFSİZ.AZ” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 8,25% azalaraq 4 183 olub.
BFB-nin dövriyyəsinin 55,8%-i və yaxud 4 135,148 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 7,1% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 3,05 dəfə artaraq 441,137 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 24,8% artaraq 2 839,472 milyon manat olub.
TEREFSİZ.AZ