Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər

0
237

Bu ilin payızında Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər.

Terrfsiz.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz Dəmir Yolu İdarəsinin rəisi Vladimir Piastolovməlumat verib.

Bildirilib ki, payızdan etibarən iki şəhər arasında rahat SV vaqonlarından ibarət qatarın sərnişinlər üçün əlverişli cədvəl əsasında hərəkəti nəzərdə tutulur. Belə ki, qatar axşam yola düşüb səhər tezdən mənzil başına çatacaq.

Qeyd edək ki, Mahaçqala ilə Bakı arasında qatar reysinin açılması məsələsi hələ 2018-ci ilin aprel ayından gündəmdədir. Həmçinin Azərbaycanla Dağıstan paytaxtları arasında birbaşa təyyarə reysinin də açılması bir müddət əvvəl gündəmə gətirilmişdi.

Terefsiz.az