“Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu ölkəyə gətirməyə hazırlaşır

0
285

Mayın 28-də “Bakı Metropoliteni” QSC-nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Terefsiz.az xəbər verir ki, bu barədə jurnalistlərə qurumun baş mühındisi Əlixan Osmanov məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq: “Bu il Rusiyanın “Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik”.

Terefsiz.az