“Bakı Metropoliteni” QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri sınaqdan uğurla keçirib.
“Terefsiz.az” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.
“Bu cür ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik”, – deyə o qeyd edib.