Bakıda 1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib, 22-si qızıl nişana layiq görülüb

0
102

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə  idarədən bildirilib.

Onlardan 982 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Bundan başqa, 38 məzun məktəbi qızıl və gümüş nişanla başa vurub. Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 22-si qızıl, 16-sı gümüş nişana layiq görülüb.

TEREFSİZ.AZ