Bakıda 12 yaşlı yeniyetmə ehtiyatsızlıqdan ağır xəsarət alıb.
Terefsiz.az xəbər verir ki, hadisə Binəqədi rayonu 8 mikrorayon, İbrahim Paşa Dadaşov küçəsində baş verib.
İbrahim Paşa Dadaşov 71 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Hüseynov Səməd Ələddin oğlu həyətdəki ağaca çıxarkən yıxılıb. Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibb Mərkəzə yerləşdirilib. Ona baş-beyin silkələnməsi, ənsə sümüyünün sınığı diaqnozu qoyulub, S.Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.
İstinad: Report.az
Terefsiz.az