Bakıda 22 yaşlı xanım sürücü piyadanı vurub, vəziyyəti ağırdır

0
163

Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Terefsiz.az xəbər verir ki, metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında 22 yaşlı xanım sürücü idarə etdiyi avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Əliyeva Gülsənəm İsa qızını vurub.

Xanım sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.