Bakıda bıçaqlanma hadisəsi baş verib.
Terefsiz.azxəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, İqtisad Universitetinin yataqxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Asəf Səhyəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarasıdiaqnozu qoyulub. A.Tağıyev cərrahi əməliyyat edilib.
İstinad: Report.az
Terefsiz.az