Bakıda intihara cəhd hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində 1985-ci il təvəllüdlü Muradov Samiq Yasət oğlu kəsici alətlə bədəninə bir neçə xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin kəsilmiş yaraları və vətərlərin zədələnməsi diaqnozları qoyulub.
istinad:oxu.az