Bakıda Avropa Liqasının final oyunundan əvvəl “Arsenal” və “Çelsi”nin bir qrup azarkeşi arasında dava olub.
Terefsiz.az -ın məlumatına görə, insident “Torqovı”dakı pivəxanaların birində baş verib.
Nəticədə “Arsenal”ın 54 yaşlı azarkeşi Gregory Kilroe döyülüb. Onun başına butılka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.
Terefsiz.az